...

Zaporojye biznesi Azərbaycan ilə əməkdaşlığa maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2012 16:57 (UTC +04:00)
Ukraynanın Zaporojye vilayətində ticarət-kommersiya, elektrik və elektronika, dəzgahqayırma, qida və qida emalı ilə məşğul olan şirkətlər Azərbaycanın müvafiq müəssisə və şirkətlərinə işgüzar əməkdaşlıq təklif edirlər.
Zaporojye biznesi Azərbaycan ilə əməkdaşlığa maraq göstərir

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Ukraynanın Zaporojye vilayətində ticarət-kommersiya, elektrik və elektronika, dəzgahqayırma, qida və qida emalı ilə məşğul olan şirkətlər Azərbaycanın müvafiq müəssisə və şirkətlərinə işgüzar əməkdaşlıq təklif edirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında yerləşdirilmiş məlumatında deyilir.

Ukraynanın Zaporojye vilayətində ticarət-kommersiya, ağır və yüngül sənaye, elektrik və elektronika, dəzgahqayırma, qida və qida emalı ilə məşğul olan 32-yə yaxın şirkət Azərbaycanın müvafiq müəssisə və şirkətlərinə işgüzar əməkdaşlıq təklif edirlər. Onların arasında "Zaporizhtransformator", "Zaporizhzhya Automobile Building Plant" (ZAO ZAZ) ,"Industrial Enterprise "Azovkabel" ,"Hydraulics-Trade", "Zaporizhzhya plant of ferroalloys", "Zaporizhzhya Cable Plant", "Mining Company" Mineral " ,"Azov grease and oil", "Priazovsky cheese factory", "Pology oil extraction plant", "Agricultural firm Olvia" və başqa müəssisələr var.

Ukrayna şirkətləri tərəfdən belə maraq apreldə Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumundan sonra yaranıb. Bu gün Azərbaycanın iş adamları, o cümlədən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada fəal surətdə çalışırlar.

Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko biznes forumunda bildirib ki, Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi münasibətlərin potensialı mövcud göstəriciləri dəfələrlə üstələyir.

"Bu gün Azərbaycan və Ukrayna arasında münasibətlər istifadə olunmamış imkanlar sahəsini ehtiva edir. Mal dövriyyəsinin 1,5 milyard dollara çatmasına baxmayaraq, o, mövcud potensialdan xeyli aşağıdır", - Mayko deyib.

Onun sözlərinə görə, tikinti sektorunda münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur, eləcə də kənd təsərrüfatı, kosmik sənaye, neft-kimya və başqa sahələrdə əməkdaşlıq perspektivlidir. Öz növbəsində, Azərbaycan tərəfi əməkdaşlığın yeni formalarını axtarmağı təklif edir, o cümlədən üçüncü ölkələrin bazarında birgə iş buna nümunə ola bilər.

Xəbər lenti

Xəbər lenti