...

Azərbaycan bankı DəmirBank-ın plastik kart sahibləri avtomobil alışı üzrə endirimlər əldə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may / Trend/

DəmirBank-ın plastik kart sahibləri Morris Garages avtomobil mərkəzindən "Kart sahiblərinə endirimlər" proqramı çərçivəsində endirimlər əldə etdilər. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kart sahibləri avtomobil markasının istənilən modelinə 6%-lik endirimdən yararlana bilərlər. Avto-salonda avtomobillərin həm nağd, həm də kreditlə satışı həyata keçirilir. Qeyd edək ki, MG Motors avtomobil mərkəzi Babək prospekti 2222 ünvanında yerləşir. Ətraflı məlumat üçün - (012) 514 72 23 və ya www.mgmotors.az.

"DəmirBank ölkədə fəaliyyət göstərən 40-dək müxtəlif ticarət, xidmət və əyləncə mərkəzləri ilə "Kart sahiblərinə endirimlər" layihəsi çərçivəsində əməkdaşlıq edir. Hazırda Bankımız ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Gələcəkdə digər şirkətlərin də bu layihəyə qoşulacağı planlaşdırılır", - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında "Kart sahiblərinə endirimlər" səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.

DəmirBank "5 manata kart" və "Pulsuz kart" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Plastik kartı həmçinin Bankın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti