...

Azərbaycanda qanunsuz tikililərin leqallaşdırılması hökumətin qərarından sonra başlaya bilər - Dövlət Komitəsinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 14:23 (UTC +04:00)
Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi qanunsuz tikililərin leqallaşdırılması ilə bağlı hökumətə təkliflər təqdim edib.
Azərbaycanda qanunsuz tikililərin leqallaşdırılması hökumətin qərarından sonra başlaya bilər - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi qanunsuz tikililərin leqallaşdırılması ilə bağlı hökumətə təkliflər təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

"Biz hökumətin qərarını gözləyirik, həmin qərara uyğun olaraq bu sahədə işimizi təşkil edəcəyik", - Həsənov deyib.

Qeyd edək ki, ən çox qanunsuz tikililər şəhər ətrafındadır.

Xəbər lenti

Xəbər lenti