...

Azərbaycanda ilk dəfə bank dünya birja meydançalarında alqı-satqıya çıxış əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may/Trend/

"Bank Standard" Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək üçün xidmət göstərməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə bankın yaydığı məlumatda deyilir.

Əməliyyatlar onlayn rejimində avropanın məhşur sərmayəçi bankı tərəfindən yaradılan müasir, yüksək texnologiyalı "Bank Standard Trader/WebTrader/ Mobile Trader" ticarət platformalarında həyata keçirilir.

"Bank Standard" müştərilərin sərəncamına dünya maliyyə bazarlarında aşağıdakı kateqoriyalar üzrə ticarət əməliyyatları aparmağa imkan verən qabaqcıl texnologiya və maliyyə alətlərini təqdim edir: Forex- 160-dan çox valyuta cütlüyü, Səhmlər- 11 000-dən çox səhm, CFD - 6000-dən çox müqavilə, Fyuçers- 15 dünya birjasından 450 müqavilə növü, Opsionlar və digər derivativlər.

"Bank Standard Trader/WebTrader/Mobile Trader" istifadədə sadə treydinq platformalarıdır. Bu platformalar vahid interfeys çərçivəsində gündə 24 saat ərzində istənilən kompüterdən və ya mobil telefondan ticarət əməliyyatları aparmağa, qiymətlərin dinamikasının monitorinq və təhlilini həyata keçirməyə və analitik icmal əldə etməyə imkan verir. Onlar heç bir yükləmə və ya quraşdırma tələb etmir.

"Bank Standard" həmçinin öz müştərilərini dünya birjalarında ticarət əməliyyatlarını uğurla aparmaq üçün analitik məlumat və texniki dəstəklə təmin edir. Yeni treyderlər üçün maliyyə bazarlarında işi öyrənmək məqsədli təlimlər təşkil olunur. Müştəri olmaq və ya təlimlərdə iştirak etmək istəyən hər kəs aşağıdakı nömrələr vasitəsi ilə bankla əlaqə saxlaya bilər: Tel: (+994 12) 497 10 70; (+994 12) 158

Xidmət haqqında daha ətraflı məlumatı bu saytdan http://trader.bankstandard.com/ əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti