Azərbaycan, Bakı, 7 may /Trend/
Azərbaycan bankı "Unibank" "Facebook" şəbəkəsinin minlərlə istifadəçiləri arasında mükafat fondu 5 min manat olan müsabiqə elan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.
May ayının 22-nə kimi bank özünün hər bir tərəfdaşını "Eurovision 2012" musiqi müsabiqəsinin birinci üç mükafatçı ölkəsini tapmağa dəvət edir. Viktorina iştirakçılarının seçimi "Unibank"ın "Facebook" səhifəsi vasitəsi ilə həyata keçirilir. Mükafat fonduna iddia etmək üçün "Eurovision"ın birinci üç qalib ölkəsini məhz tamaşaçı səsverməsinin nəticələrinə görə müəyyən edilmiş ardıcıl qaydada sadalamaq lazımdır.
İştirakçıların seçimi qalib ölkələrin adlarını qeyd etmək və təmaslar üçün özləri barədə xüsusi məlumat formasını doldurmaq imkanı verən xüsusi proqram təminatı vasitəsi ilə aparılır. Viktorina barədə daha ətraflı burada oxuyun http://unibank.az/az/private-clients/kampaniyalar/eurovision
Mükafat fondu (5 000 AZN) bu tapşırığın öhdəsindən tam gəlmiş müsabiqə iştirakçılarının ümumi sayına bölünəcək.
Avropanın baş musiqi müsabiqəsində 42 mahnı təmsil olunub, onlardan 16-sı 22 və 24 may 2012-ci il tarixlərində olacaq yarımfinallarda seçiləcək. "Unibank"ın müsabiqə-viktorinasının nəticələri "Eurovision-2012"nin may ayının 26-da keçiriləcək finalının nəticələrinə görə elan ediləcək.