...

2011-ci ildə Dubaya 50 min azərbaycanlı səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 16:25 (UTC +04:00)
2011-ci ildə Dubaya (BƏƏ) Azərbaycandan 50 min turist səfər edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Dubaydakı rəsmi nümayəndəsi Rəşid Nuri "Mübaşir" qəzetinə müsahibəsində deyib.
2011-ci ildə Dubaya 50 min azərbaycanlı səfər edib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Tağıyeva/

2011-ci ildə Dubaya (BƏƏ) Azərbaycandan 50 min turist səfər edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Dubaydakı rəsmi nümayəndəsi Rəşid Nuri "Mübaşir" qəzetinə müsahibəsində deyib.

Nurinin sözlərinə görə, Bakı hər il Fars körfəzi ölkələrindən 30 minə yaxın turist qəbul etməyə hazırdır. Fars körfəzi ölkələrindən olan turistlərin hər biri 2011-ci ildə Azərbaycanda orta hesabla 650 dollar vəsait xərcləyiblər. Körfəz ölkələrindən gələn turistlərin Azərbaycanda qalma müddəti əsasən üç-beş gün təşkil edir.

"Azərbaycanda turizm neft-qaz sahəsindən sonra ikinci gəlirli sahədir. Azərbaycan ölkənin turizm sektoruna xarici investisiyaların cəlb olunması üçün geniş imkanlara malikdir", - o deyib.

Xəbər lenti

Xəbər lenti