...

İsmət Abasov: Regionda ərzaq təhlükəsizliyinin təmin olunması üçün "Worldfood Azerbaijan" sərgisi mühüm rol oynayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 14:17 (UTC +04:00)
Azərbaycanda "Worldfood Azerbaijan 2012" beynəlxalq "Qida sənayesi" sərgisinin keçirilməsi kənd təsərrüfatı məhsullarının daxili istehsalının inkişafına, bununla da ölkənin ixrac potensialının, xarici sahibkarların maraqlarının artırılmasına müsbət təsir göstərir.
İsmət Abasov: Regionda ərzaq təhlükəsizliyinin təmin olunması üçün "Worldfood Azerbaijan" sərgisi mühüm rol oynayır

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Axundov /

Azərbaycanda "Worldfood Azerbaijan 2012" beynəlxalq "Qida sənayesi" sərgisinin keçirilməsi kənd təsərrüfatı məhsullarının daxili istehsalının inkişafına, bununla da ölkənin ixrac potensialının, xarici sahibkarların maraqlarının artırılmasına müsbət təsir göstərir. Trend-in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov "Worldfood Azerbaijan 2012" 18-ci Azərbaycan beynəlxaql sərgisinin rəsmi açılış mərasimində bildirib.

"Qarşıya yaxın 10 ildə ÜDM-in ikiqat artırılması tapşırığı qoyulub ki, bu da əsasən qeyri-neft sektorunun artımı hesabına təmin olunmalıdır. Ölkənin qeyri-neft sektorunda kənd təsərrüfatının böyük rolu nəzərə alınarsa, belə sərgilərin keçirilməsi çox vacibdir", - Abasov deyib.

Nazir qeyd edib ki, bu sərgi həm ölkədə, həm də regionda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacib layihədir.

Sərginin açılışında iştirak edən Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədovun sözlərinə görə, "Worldfood" yerli və xarici sahibkarlar arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı platformadır.

Açılış mərasimindən sonra nazir Abasovun başçılıq etdiyi nümayəndə heyəti sərgi, şirkətlərin təqdim etdikləri məhsullarla, onların istehsal texnologiyaları, ölkədə onlar üçün yaradılan şəraitlə tanış olub. Nazir həmçinin Macarıstan və Serbiyanın milli stendlərinə baxıb, birgə əməkdaşlığın imkanlarını, Azərbaycan şirkətlərinin məhsullarının gələcəkdə bu ölkələrə ixracını müzakirə edib.

Sərgidə dünyanın 24 ölkəsindən 120 şirkət iştirak edib. Вu il iştirakçıların 40 faizi ilk dəfədir ki sərgiyə qatılır. Onların arasında Əfqanıstan, Braziliya, Misir, Səudiyyə Ərəbistanı və Serbiyadan olan şirkətlər var.

Xəbər lenti

Xəbər lenti