...

"AccessBank" öz səhmdar payının strukturunu dəyişdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2012 19:28 (UTC +04:00)
"AccessBank"ın səhmdarlarının ümumi yığıncağı bankın səhmdar payının strukturunda dəyişiklik etmək barədə təklifi dəstəkləyib.
"AccessBank" öz səhmdar payının strukturunu dəyişdirir

Azərbaycan, Bakı, 25 may /Trend/

"AccessBank"ın səhmdarlarının ümumi yığıncağı bankın səhmdar payının strukturunda dəyişiklik etmək barədə təklifi dəstəkləyib. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

"Bu dəyişikliklər Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq olunmalıdır", - məlumatda qeyd olunur.

Təklif olunan dəyişikliklərə əsasən, yalnız hər təsisçinin payında dəyişiklik olacaq - bütün cari təsisçilər köhnə tərkibdə qalır və yeni təsisçilərin daxil olması gözlənilmir.

Beləliklə, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və KfW - Almaniya Dövlətinin İnkişaf Bankı, hər biri özlərinin səhm kapitalındakı payını 7,55 faiz azaldaraq, onu hazırki 20 faiz səviyyəsindən 12,45 faizə qədər endirir. LFS isə öz səhm payını hazırkı 3,47 faiz səviyyəsindən 0,10 faizədək azaldır.

"AccessHolding" yuxarıda göstərilən səhmdarların təklif etdikləri bütün səhmləri satın almaq və öz səhmlərini hazırkı 16,53 faizdən 50,1 faizədək artırmaq niyyətindədir.

Bu zaman "AccessHolding" nəzarət səhm paketinə sahib olacağına və bankın əsas səhmdarına çevriləcəyinə görə, bu sövdələşmənin həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiqlənməlidir.

"AccessHolding" mikromaliyyələşdirmə sənayesində iqtisadiyyatı keçid dövründə olan və inkişaf edən ölkələrdə qlobal şəbəkəsi artan, aşağı və orta gəlirli ailələrə, xüsusilə mikro və kiçik müəssisələrə maliyyə xidmətləri göstərən məsul kommersiya banklarının idarə edilməsi üçün strateji sərmayəçi qismində yaradılıb.

"AccessHolding"in nəzarət paketinə sahib olacağını nəzərdə tutan yeni təsisçilik strukturu "AccessBank" Azərbaycanın təsisçiləri arasında holdinqin nüfuzlu beynəlxalq səhmdarların EIB, CDC, və FMO mövqeyini gücləndirəcək. AccessHolding-in digər səhmdarları - KfW və BMK üçün bu dəyişiklik "AccessHolding" strukturundakı təsisçiliyinin konsolidasiyası hesab olunur. Qeyd edək ki, AYİB, BMK, KfW və QDTİB, əvvəlki kimi, "AccessBank"ın səhmlərinin əhəmiyyətli hissəsinə birbaşa malik olacaq (hər birində 12,45 faiz, ümumilikdə isə 49,8 faiz) və bu yolla "AccessBank"ı davamlı surətdə dəstəklədiyini nümayiş etdirəcəklər.

"Təkilf olunan dəyişikliklər yalnız hər təsisçinin payında dəyişiklik deməkdir və yeni təsisçilərin daxil olması gözlənilmir. Bütün cari təsisçilər QDTİB, AYİB, BMK və KfW daxil olmaqla 49,8 faiz səhm kapitalındakı paya sahib olaraq köhnə tərkibdə qalacaqlar. Eyni zamanda, yeni təsisçilik strukturu "AccessBank"ın təsisçiləri arasında "AccessHolding"in nüfuzlu beynəlxalq səhmdarlarının mövqeyini gücləndirəcək. Bu səhmdarlar, Avropa İttifaqının maliyyə qolu olan Avropa İnvestisiya Bankı, Hollandiya Dövlətinin İnkişaf Bankı olan FMO və Böyük Britaniya Hökumətinin Maliyyə-İnkişaf İnstitutu olan CDC-dir", - "AccessBank"ın baş meneceri Andrev Pospielovsky dəyişiklik barədə təklifi şərh edərək deyib.

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti