Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ə.Həsənov/
Bakıda "Dəmirçi biznes mərkəzi"nin tikintisi layihəsinin təkrar maliyyələşdirilməsi çərçivəsində Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) və AGA Group mayın 29-da kreditin ayrılmasına dair saziş imzalayıblar.
QTİB-lə bağlanmış sazişə uyğun olaraq, AGA Group əsas borcun ödənilməsinə iki illik möhlətlə yeddi ilə kimi 22 milyon dollar vəsait ayıracaq.
"Biz Bakı kimi qızğın surətdə inkişaf edən şəhərdə tikinti layihələrinin reallaşdırılmasına dəstək göstərməyə və Azəbaycanın qeyri-neft sektorunda əməkdaşlığa hazırıq", - QTİB-in vitse-prezidenti Mustafa Boran kredit sazişinin imzalanması mərasimində bildirib.
Layihə çərçivəsində 29 800 kvadrat metrlik ərazidə 25 mərtəbəli biznes mərkəzinin tikintisi nəzərdə tutulur. Mərkəzin sahəsinin 18 800 kvadrat metri icarəyə veriləcək. Eləcə də 240 avtomobil üçün 30 mərtəbəli dayanacağın tikintisi də nəzərdə tutulub.
"Biznes mərkəzinin bir kvadrat metrinin icarəsi 20-25 manat olacaq. Buraya kommunal xidmətlərə görə (su, elektrik) xərclər də daxil ediləcək", - AGA Group-un rəhbəri Aydın Dəmirçi bildirib.
Tikintinin başa çatması müddəti 2012-ci ilin dekabrı - 2013-cü ilin yanvarına planlaşdırılıb. Onun 2013-cü ilin fevral-mart aylarında istismara verilməsi nəzərdə tutulub.