...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2012 11:36 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,1 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,1 faiz) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78575 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

21 may

0,7858

28 may

-

22 may

0,7858

29 may

0,7858

23 may

0,7860

30 may

0,7858

24 may

0,7860

31 may

0,7857

25 may

0,7859

1 iyun

0,7857

Həftə ərzində orta

0,7859

Həftə ərzində orta

0,78575

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7849 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 29-da sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7850 AZN/USD səviyyəsində qalıb; mayın 30-da 0,7850 AZN/USD məzənnə ilə $3,91 mln.; mayın 31-də 0,7848 AZN/USD məzənnə ilə $1,12 mln.; iyunun 1-də 0,7848 AZN/USD məzənnə ilə $0,925 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

21 may

0,7851

28 may

-

22 may

0,7851

29 may

0,7850

23 may

0,7850

30 may

0,7850

24 may

0,7850

31 may

0,7848

25 may

0,7850

1 iyun

0,7848

Həftə ərzində orta

0,78504

Həftə ərzində orta

0,7849

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti