...

Azərbaycan Maliyyə Nazirliyi dəyəri 600 milyon dollardan çox olan dövlət istiqrazlarını qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 13:27 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) iyunun 6-da Maliyyə Nazirliyinin ümumi dəyəri 500 milyon manat olan dövlət istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan Maliyyə Nazirliyi dəyəri 600 milyon dollardan çox olan dövlət istiqrazlarını qeydiyyata alıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) iyunun 6-da Maliyyə Nazirliyinin ümumi dəyəri 500 milyon manat olan dövlət istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 5 milyon dövlət istiqrazı buraxılıb. Onlardan 1,8 milyon ədədi qısamüddətli dövlət istiqrazı, 200 mini ortamüddətli dövlət istiqrazı, 3 milyonu isə geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarıdır.

11 may 2012-ci il tarixində QKDK tərəfindən "Dövlət istiqrazlarının emissiyası və tadavülü" qaydaları təsdiq edilib. Yeni qaydalara əsasən, dövlət istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatı ləğv edilib və hər bir istiqraz buraxılışına Milli Nömrələyici Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin (İSİN kodların) verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti