...

"Unibank" tibb işçilərinə güzəştli kreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 13:14 (UTC +04:00)
Azərbaycan bankı "Unibank" həkimləri, tibb bacılarını və digər səhiyyə işçilərini istehlak kreditlərinin cəlb olunması zamanı güzəştlərdən faydalanmağa dəvət edir.
"Unibank" tibb işçilərinə güzəştli kreditlər təklif edir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan bankı "Unibank" həkimləri, tibb bacılarını və digər səhiyyə işçilərini istehlak kreditlərinin cəlb olunması zamanı güzəştlərdən faydalanmağa dəvət edir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyunun 17-də qeyd olunan Tibb İşçiləri Günü ərəfəsində bank onlara nağd kreditlər və "AL Kart" kredit xətlərini illik 28 faiz dərəcəsi ilə cəlb etmək imkanı verir. Yeni kredit aksiyası çərçivəsində həkimlər və digər tibb işçiləri güzəştli şərtlərlə 300 manatdan 5000 manata qədər və 3 aydan 24 ayadək istehlak kreditlərini rəsmiləşdirə bilərlər.

Bu zaman borcalanların minimal gəlirinə olan tələb bank tərəfindən 93 manata qədər endirilib. Qeyd etmək lazımdır ki, 2500 manatadək kreditlər "Unibank"ın paytaxt filiallarında girovsuz və zaminsiz verilir. Bu məbləğdə olan kreditin alınması üçün şəxsiyyət vəsiqəsinin və iş yerindən arayışın təqdim edilməsi kifayətdir. Kreditin maksimal məbləği müştərinin kredit tarixçəsindən, onun tutduğu vəzifədən, iş stajından və aylıq gəlirindən asılı olaraq müəyyən olunur.

İyul ayının 12-nə qədər davam edəcək bu aksiyanın şərtlərindən Səhiyyə Nazirliyinin, xəstəxanaların, poliklinikaların, özəl klinikaların, tibbi laboratoriyaların, kilniki, diaqnostik və stomatoloji mərkəzlərin, təcili tibbi yardım stansiyalarının, dispanserlərin və doğum evlərinin bütün əməkdaşları faydalana bilərlər. Bu gündən etibarən, tibb işçiləri üçün güzəştli kreditlər bankın əhatə etdiyi bütün regionlarda, Bakı, Xırdalan, Sumqayıt, Şəki, Gəncə, Şəmkir, Quba, Mingəçevir və Lənkəran daxil olmaqla, təqdim edilir.

Kredit aksiyası barədə ətraflı məlumatı 117 saylı nömrəyə zəng vurmaqla və ya bankın http://unibank.az/ru/private-clients/loans/medloans saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti