...

"Bulud" texnologiyaları Azərbaycanda geniş tətbiq olunacaq - IDC

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 13:43 (UTC +04:00)
"Bulud" texnologiyaları gələcəkdə Azərbaycanda geniş tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ICD analitik şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.
"Bulud" texnologiyaları Azərbaycanda geniş tətbiq olunacaq - IDC

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir H.Vəliyev/

"Bulud" texnologiyaları gələcəkdə Azərbaycanda geniş tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ICD analitik şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.

Onun sözlərinə görə, hazırda dünya "bulud" texnologiyalarına doğru hərəkət edir, çünki onlar xərclərə xeyli qənaət etməyə imkan verir və İT infrastrukturunu mərkəzləşdirməyə kömək edir.

"Bulud" texnologiyaları dövlət sektorunda geniş tətbiq edilir. Məsələn, Qazaxıstanda hər bir qurumun İT infrastrukturundan imtina etmək haqqında qərar qəbul olunub. Bunun əvəzinə dövlət işçilərinin "həssas müştərilər" prinsipi üzrə işləməsi, bütün informasiyanın "bulud" mühitində yerləşməsi üçün onu bir dövlət "bulud"unda mərkəzləşdiriblər. Bu, çox iri layihədir və onun həyata keçirilməsi az vaxt aparmayacaq", - Beklemişev deyib.

Ekspertin sözlərinə görə, "bulud" texnologiyaları mobillik imkanı yaradır və İT bazarının drayveri olmaqla bazarın özünü dəyişir.

Beklemişevin sözlərinə görə, mobil qurğular bu gün təkcə internetə "pəncərə" rolunu oynamır, həm də "bulud" texnologiyaları ilə ayaqlaşır.

"Mobil həllər və bulud mühiti bu gün dövlət qurumlarının elektron xidmətlərini əldə etmək üçün istifadə edilir. Bu, bütün dünyada baş verir və Azərbaycanda da olacaq. Öz növbəsində, mövcud tendensiya İT bazarı və kompüter bazarını arxasınca aparacaq. Lakin ümumilikdə mütləq həcmlərdə deyil, faiz nisbətində İT xidmətlərinin payının artımını və kompüter bazarı payının azalmasını müşahidə edəcəyik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti