...

Azərbaycan və Rusiyanın Nəqliyyat nazirlikləri bir sıra birgə sazişlər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 14:19 (UTC +04:00)
Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi Azərbaycanın nəqliyyat sektorunda böyük uğurlara nail olduğunu qeyd edir və Azərbaycanın yol nəqliyyatı, Ələt limanı, aeroportun yeni terminalının tikintisi üzrə təcrübəsi ilə maraqlanır.
Azərbaycan və Rusiyanın Nəqliyyat nazirlikləri bir sıra birgə sazişlər hazırlayır

Azərbaycan, Bakı, 28 iyun / Trend, müxbir A.Axundov /

Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi Azərbaycanın nəqliyyat sektorunda böyük uğurlara nail olduğunu qeyd edir və Azərbaycanın yol nəqliyyatı, Ələt limanı, aeroportun yeni terminalının tikintisi üzrə təcrübəsi ilə maraqlanır. Trend-in məlumatına görə, bu barədə RF nəqliyyat nazirinin müavini Valeri Okulyov cümə axşamı Bakıda öz işinə başlayan "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı bildirib.

"2011-ci ildə iki ölkə arasında yük dövriyyəsi 5,5 milyon ton, cari ilin ilk beş ayı ərzində 2,5 milyon ton təşkil edib", - Okulyov deyib.

Onun sözlərinə görə, bu gün Rusiya qarşısında ölkənin nəqliyyat imkanlarından maksimum istifadə etmək vəzifəsi durur.

"Bu planda Şimal-Cənub nəqliyyat dəhlizinin, o cümlədən Həştərxan nəqliyyat qovşağı, Mahaçqala limanının inkişafı, eləcə də Rusiya, Azərbaycan və İran arasında uzunluğu 172 kilometr olan Rəşt-Astara dəmir yolunun tikintisinə dair üçtərəfli saziş böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu Baltik və Fars körfəzi limanları arasında ən qısa marşrut salmağa imkan verir", - Okulyov deyib.

Onun sözlərinə görə, iki ölkə nazirlikləri əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi üzərində işləri davam etdirir və bir sıra birgə sazişlər hazırlayırlar.

"Biz təkcə kəmiyyət göstəriciləri baxımından deyil, habelə keyfiyyət və təhlükəsizlik, müasir texnologiyaların birgə tətbiqi baxımından bütün istiqamətlərdə əməkdaşlığın inkişafına köklənmişik", - Okulyov qeyd edib.

Xəbər lenti

Xəbər lenti