...

Azərbaycanda 576 kq yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 17:21 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycanda 576 kq yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Nizami, Xətai rayonlarında, Abşeron, Zaqatala, Ucar, Saatlı rayonlarında, eləcə də Daşkəsən və Şəmkir şəhərlərində aparılan növbəti yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 576 kq ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti