...

Azərbaycanda vergidən yayınma və qanunsuz sahibkarlıq faktı üzrə 215-dən çox cinayət işi başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 18:09 (UTC +04:00)
2012-ci ilin birinci yarısı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 216 cinayət işi başlanıb, 176 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Azərbaycanda vergidən yayınma və qanunsuz sahibkarlıq faktı üzrə 215-dən çox cinayət işi başlanıb

Azərbaycan, Bakı, 9 iyul /Trend/

2012-ci ilin birinci yarısı ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 216 cinayət işi başlanıb, 176 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Vergilər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, istintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, külli miqdarda vergidən yayınma və qanunsuz sahibkarlıq, külli miqdarda qanunsuz sahibkarlıq, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə cəmi 31 iş 34 nəfər barəsində ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib və 145 işin icraatına xitam verilib.

İcraatına xitam verilmiş cinayət işlərindən 106 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (14 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilib, departamentdə aparılan araşdırmalar zamanı 6 milyon 997 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına kömək göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 481 nəfər vergi ödəyicisi tapılaraq müvafiq vergi orqanlarına təqdim edilib.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti