...

Azərbaycanın Xaçmaz rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2012 10:56 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb.
Azərbaycanın Xaçmaz rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

2012-ci il iyulun 6-da Xaçmaz rayonunun Yergüc kəndində keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə Xaçmaz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir meyvə-tərəvəz emalı müəssisənin yaradılması;
- müasir çörək istehsalı zavodunun yaradılması;
- müasir ət kəsimi müəssisəsinin yaradılması;
- kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması;
- kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti