...

Azərbaycanda düşes istehsalçısı barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 15:32 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Azərbaycanda düşes istehsalçısı barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes limonadlarının etiketində məhsulun istehsalında şəkər tozundan istifadə olunmasının göstərildiyi halda, məhsulun şəkər əvəzləyicisindən hazırlandığı aşkar edilib.

İstehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Rauf Novruzov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti