...

Azərbaycanın "Unileasing" şirkəti gəlirliyi 9,5 faiz olan istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 19:52 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unileasing" QSC-nin ümumi dəyəri 5 milyon manat olan adi, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın "Unileasing" şirkəti gəlirliyi 9,5 faiz olan istiqrazlar buraxıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unileasing" QSC-nin ümumi dəyəri 5 milyon manat olan adi, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5000 istiqraz buraxılıb. İllik faiz dərəcəsi 9,5 faiz və faiz ödəniş dövrünün müddəti isə 180 gün olmaqla qiymətli kağızların tədavül müddəti 12 aydır. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti