...

Bakıdan Gürcüstan sərhədinədək yolların genişləndirilməsi planları açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 13:53 (UTC +04:00)
2013-cü ildə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tikintisi çərçivəsində Hacıqabul-Kürdəmir sahəsinin genişləndirilməsini başa çatdıracaq.
Bakıdan Gürcüstan sərhədinədək yolların genişləndirilməsi planları açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tikintisi çərçivəsində Hacıqabul-Kürdəmir sahəsinin genişləndirilməsini başa çatdıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Avtomobil yolunun genişləndirilməsi üzrə işlərə 2011-ci ilin yayında başlanılmışdı.

"Görülən işlər nəticəsində yol ikidən dördzolaqlıya qədər genişlənəcək. 80 kilometrlik Hacıqabul-Kürdəmir hissəsi Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 120-200-cü kilometrliyini əhatə edir", - Mürsəliyev bildirib.

Layihə üzrə beş yol ötürücüsünün və Girdmançay üzərindən 72 metr uzunluğunda dördaşırımlı körpünün tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, yolların genişləndirilməsi çərçivəsində yerli əhəmiyyətli 3,75 metr enində yolun, eləcə də yeraltı keçidlərin tikintisi nəzərdə tutulur.

"Artıq topraq işlərinin 80 faizi başa çatıb və 7 kilometr uzunluğunda ikiqat asfalt-beton örtüyü salınıb", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tikintisi çərçivəsində son bir neçə il ərzində Hacıqabul-Yevlax və Gəncə-Gürcüstan sərhədi sahələrinin də genişləndirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti