...

Azərbaycan Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 20:16 (UTC +04:00)
Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında imzalanmış "Azərbaycanda xüsusi iqtisadi zonaların (XİZ) və sənaye şəhərciklərinin inkişafı layihəsi" çərçivəsində koreyalı ekspertlərdən ibarət qrup Azərbaycana gəlib.
Azərbaycan Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında imzalanmış "Azərbaycanda xüsusi iqtisadi zonaların (XİZ) və sənaye şəhərciklərinin inkişafı layihəsi" çərçivəsində koreyalı ekspertlərdən ibarət qrup Azərbaycana gəlib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, koreyalı ekspertlər xüsusi iqtisadi zonalar və sənaye parklarının idarə olunması və insan potensialının gücləndirilməsi istiqamətlərində azərbaycanlı ekspertlərlə birgə tədqiqatlar həyata keçirəcəklər.

3 həftəlik səfər çərçivəsində koreyalı ekspertlər Gəncə, Mingəçevir, Şəki, Sumqayıt şəhərlərində olacaq, yerli icra hakimiyyətinin nümayəndələri ilə görüşəcək, iri müəssisələrin fəaliyyəti, sənaye parkları üçün nəzərdə tutulmuş ərazilərlə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti