Azərbaycan, Bakı, 3 avqust /Trend/
DəmirBank-ın nağdsız ödənişlər edən 50 nəfər Visa plastik kart sahibi Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatına 2 nəfərlik bilet əldə edəcək.
Bankdan cümə günü Trend-ə verilən məlumata görə, aksiyada 1 avqust - 15 sentyabr 2012-ci il tarixləri arasında POS terminallar vasitəsilə ən çox sayda nağdsız ödəniş edən 50 müştəriyə final, yarım final və ya digər oyunlara 2 nəfərlik bilet təqdim olunacaq. Qeyd edək ki, Visa şirkəti futbol üzrə DÇ-nin rəsmi tərəfdaşıdır.
DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - "5 manata kart", "Pulsuz kart", "Xaricdə Təhsil Alanlara Pulsuz Kart" və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.
DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində ödənişlər (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr), kart sahiblərinə endirimlər və sair imkanlar təqdim edir.
Bank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla DəmirBank-ın saytında "Kart sahiblərinə endirimlər" səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.
Plastik kartı bankın filiallarında, həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn sifariş etmək olar.