Azərbaycan, Bakı, 17 avqust /Trend/
Müştərilərini daim diqqət mərkəzində saxlayan ASB Bank bayram günlərində də fəaliyyət göstərəcəkdir. Belə ki, Park Bulvar AVM-də yerləşən Park Bulvar filialı səhər saat 10:00-dan axşam 22:00-a kimi və Bazarstore Xətai supermarketində yerləşən Xətai şöbəsi səhər saat 09:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərəcəkdir.
Filiallarımızada aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz.
• Fiziki və hüquqi şəxslərin hesablarının açılması
• Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
• Pul Köçürmələri
• Depozitlərin (əmanətlərin) qəbul edilməsi
• Valyuta mübadilə əməliyyatlarının aparılması
• Rabitə və kommunal ödənişlərin qəbulu
• POS Terminal xidmətləri
• 7/24 ATM xidmətləri
Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.
Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 31 İyul 2012-ci ilin nəticələrinə görə bankın aktivlərinin həcmi 171.754 mln. manat, depozit portfeli 99.356 mln. manat, kredit portfeli 136.006 mln. manat, nizamnamə kapitalı 28.000 mln. manat təşkil edir.
Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 25.994, cəmi müştərilərinin sayı isə 46.026 təşkil edir.
Ünvanlar:
Park Bulvar Filialı
Bakı şəhəri, Neftçilər prospekti,
Park Bulvar AVM,
Tel.: (+994 12) 598 7166
Faks: (+994 12) 598 7167
E-mail: [email protected]
Xətai Şöbəsi
Bakı şəhəri, Babək prospekti 1129-cu məhəllə,
Bazarstore supermarketi,
Tel.: (+994 12) 490 54 20
Faks: (+994 12) 490 54 20
E-mail: [email protected] Cas