...

Bayram günlərində “Unibank”-in xidmət şəbəkəsi müştərilər üçün açiq olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2012 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend/

Müştərilərin tələbatlarını nəzərə alaraq, "Unibank"-ın filialları və kredit xidmət nöqtələri gələn həftə qeyd olunan Ramazan bayramı günlərində də xidmət göstərəcəklər. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Belə ki, avqustun 20-də Bakı və ölkənin bölgələrində fəaliyyət göstərən Bankın 15 kredit xidmət nöqtəsi saat 14-dən 19-dək açıq olacaq. Kredit mütəxəssisləri "Embawood", "Robotech", "DNS" və digər tərəfdaşların şəbəkələrində müştərilərin sorğularını cavablandırmaqla bərabər, kreditlərin rəsmiləşdirilməsi apara biləcəklər.

Avqustun 21-də isə "Unibank"-ın əksər paytaxt və bölgələrdəki filialları şənbə günü rejimində çalışacaq. Bu zaman, demək olar ki, bütün bank əməliyyatları nahar fasiləsi olmadan saat 10-00-dan 15-30-dək aparılacaq. Həmin saatlarda kredit sifarişlərinin qəbulu, kreditlərin ayrılması, cari kredit öhdəliklərin ödənilməsi, depozit hesablarının açılması və bu hesablarda vəsaitlərin artırılması, əmanətlər üzrə faizlərin ödənilməsi, cari hesabların açılması və onlar üzrə müxtəlif əməliyyatların aparılması, pul köçürmələri, plastik kartların sifarişi və alınması, valyuta-dəyişmə əməliyyatları, kommunal və digər növ ödənişlər mümkün olacaq. Cəmi fəaliyyət göstərən Bankın 28 filialından 20-si müştərilər üçün açıq olacaq.

21 avqust tarixində xüsusi iş rejimi aşağıdakı filiallara şamil olunur:

S/N

XİDMƏT ŞƏBƏKƏSİ

İŞ REJİMİ

ÜNVAN

1

Mərkəzi ofis

10:00-15:30

Bakı ş., Nəsimi rayonu, Rəşid Behbudov küç., 55

2

Yasamal filialı

10:00-15:30

Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., 2

3

Neftçilər filialı

10:00-15:30

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr-ti 66 c

4

8 saylı filial

10:00-15:30

Bakı ş., Binəqədi rayonu, Cəfər Xəndan küç., 40a

5

10 saylı filial

10:00-15:30

Bakı ş., Xətai rayonu, M.Hadi küç., 33

6

12 saylı filial

10:00-15:30

Bakı ş., Nəsimi rayonu, Həsən Əliyev küç., ev 5a

7

13 saylı filial

10:00-15:30

Bakı ş., Yasamal rayonu, Şərifzadə küç.

8

15 saylı filial

10:00-15:30

Bakı ş., Nəsimi rayonu, D.Əliyeva küç. ev. 243

9

Nərimanov filialı

10:00-15:30

Bakı ş., Nərimanov rayonu, Təbriz küç., 94

10

19 (Bakıxanov) saylı filial

10:00-15:30

Bakı ş., Sabunçu rayonu, Sülh küç., 14/2

11

17 saylı (Sahil) filial

10:00-15:30

Bakı ş., Səbayıl rayonu, Bül-Bül pr-ti, 10

12

Əcəmi filialı

10:00-15:30

Bakı ş., Nəsimi rayonu, 5 MKR, E.Tağızadə küç., 22 a

13

Lənkəran filialı

10:00-15:30

Lənkəran ş., Zərifə Əliyeva küçəsi, ev 12

14

Quba filialı

10:00-15:30

Quba ş., H.Əliyev pr-ti, 225

15

Şəmkir filialı

10:00-15:30

Şəmkir ş., 20 Yanvar küçəsi 1

16

Mingəçevir filialı

10:00-15:30

Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2

17

Sumqayıt filialı

10:00-15:30

Sumqayıt şəhəri, Sülh küç., 30-cu məhəllə, ev 11/1

18

Şəki filialı

10:00-15:30

Şəki ş., M.Ə.Rəsulzadə küç., 180

19

Gəncə fillialı

10:00-15:30

Gəncə şəhəri, Atatürk pr. 249

20

Xırdalan filialı

10:00-15:30

Xırdalan şəhəri, M.Hüseynzadə küç., 6

Qeyd etmək lazımdır ki, Ramazan bayramı günləri Bankın "Sahil" metro stansiyası yaxınlığında yerləşən 17 saylı filialın nəzdində UNİ 7/24 xidməti gecə-gündüz rejimində çalışacaq. Bundan başqa, kredit üçün müraciət etmək istəyən müştərilər bayram günü olmasından asılı olmayaraq 7 gün 24 saat ərzində [email protected] elektron ünvanına da müraciət edə bilərlər. "Unibank"-ın xidmətləri və filial şəbəkəsinin iş rejimi barədə əlavə məlumat 117 nömrəli telefon vasitəsi ilə əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti