...

Azərbaycan Vergilər Nazirliyinə 17 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 17:55 (UTC +04:00)
2012-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 17 577 müraciət daxil olub.
Azərbaycan Vergilər Nazirliyinə 17 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 17 577 müraciət daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu müraciətlərin 8355-i müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 9222-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (22,1%), qeydiyyat prosesi (16,5%), vergi növləri (16,5%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,2%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (7,2%), hesabatlar və onların doldurulma qaydaları barədə (4,4%) məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib.

72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.

Avqust ayında Telefon Məlumat Xidməti tərəfindən vergi ödəyicilərinə 23831 SMS göndərilib, ikitərəfli SMS xidməti istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti