...

Azərbaycan və Niderland ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün səy göstərməlidirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 12:50 (UTC +04:00)
Azərbaycanın artan iqtisadiyyatı getdikcə daha böyük diqqət cəlb edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Azərbaycan-Niderland biznes forumunun açılışında Niderland nümayəndə heyətinin rəhbəri Arno Hoveraet bildirib.
Azərbaycan və Niderland ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün səy göstərməlidirlər

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın artan iqtisadiyyatı getdikcə daha böyük diqqət cəlb edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda Azərbaycan-Niderland biznes forumunun açılışında Niderland nümayəndə heyətinin rəhbəri Arno Hoveraet bildirib.

"1992-ci ildən Niderland şirkətləri Azərbaycanda neft-qaz sahəsində fəaliyyət göstərirlər və iki dövlətin nümayəndələri iqtisadiyyatın başqa sahələrində də ikitərəfli əlaqələrin yaradılması və möhkəmləndirilməsi üçün hər cür səy göstərməlidirlər", - Hoveraet deyib.

Azərbaycan-Niderland biznes forumu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.

Niderlanddan biznes forumunda neft-qaz, energetika, su təchizatı, yeraltı infrastrukturlar, tikinti, logistika, müəssisələrdə təhlükəsizlik sistemlərinin quraşdırılması və nəzarət sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak edir.

AZPROMO 2003-cü ildə Azərbaycan hökuməti tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti