...

Bakıda keçiriləcək “Neft, Qaz və Media” konfransına 200-dən çox media nümayəndəsi qatılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2012 14:09 (UTC +04:00)
Sentyabrda 17-19 Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçiriləcək "Neft, Qaz və Media" konfransında 200-dən çox media nümayəndəsi iştirak edəcək.
Bakıda keçiriləcək “Neft, Qaz və Media” konfransına 200-dən çox media nümayəndəsi qatılacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Sentyabrda 17-19 Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçiriləcək "Neft, Qaz və Media" konfransında 200-dən çox media nümayəndəsi iştirak edəcək.

BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu Trend-ə bildirib ki, bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri iştirak edəcəklər.

Xəbər verildiyi kimi, bu il konfransa Azərbaycan jurnalistləri də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 200-dən çox media nümayəndəsinin qatılacağı gözlənilir. Bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlayıb. Artıq dünyanın 27 ölkəsinin neft mütəxəsisləri, alimləri və media nümayəndələri konfransda iştirakını təsdiq edib. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var.

Rəhimoğlunun sözlərinə görə, dünyanın ən nüfuzlu ali elm ocaqlarının - Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri öz məruzələri ilə konfransa qatılacaqlar. "Reuters", "Financial Times", "Əl-Cəzirə", "Forbes", "The Dallas Morning News" kimi dünyanın aparıcı media qurumlarının nüfuzlu nümayəndələri də konfransın işində yaxından iştirak edəcəklərini təsdqiləyiblər.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilat və səfirliklərdən - BMT agentlikləri, Avropa İttifaqı, ATƏT rəsmiləri, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Norveç, Yaponiya, Koreya, Litva, Bolqarıstan, Misir, Fələstin, Qatar, İraq, Gürcüstan və dirgər səfirliklər də tədbirə qatılacaqlarını bildirblər.

Rəhimoğlu xatırlatdıb ki, konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti