...

Azərbaycan və İndoneziya arasında üç sənəd imzalanıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2012 15:28 (UTC +04:00)
Azərbaycan-İndoneziya biznes forumu çərçivəsində üç anlaşma memorandumu imzalanıb.
Azərbaycan və İndoneziya arasında üç sənəd imzalanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Bu gün Bakıda keçirilən Azərbaycan-İndoneziya biznes forumu çərçivəsində üç anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, bu sənədlərin sırasında İndoneziyanın Ticarət-Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında anlaşma memorandumu, Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və İndoneziyanın Ticarət-Sənaye Palatası arasında anlaşma memorandumu, habelə İndoneziyanın Gənc Sahibkarları Assosiasiyası və Azərbaycanın "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında anlaşma memorandumu var.

İmzalanma mərasimində İndoneziya Ticarət-Sənaye Palatasının sədri Osman Safta, ASK-nın prezidenti Məmməd Musayev və AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Rüfət Məmmədov iştirak ediblər.

İndoneziya nümayəndə heyətinə ölkənin iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasa başçılıq edir.

Biznes forumda Azərbaycan və İndoneziya tərəfindən nəqliyyat, dağ mədən sənayesi, turizm, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, balıqçılıq və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

Forum zamanı tərəflər əməkdaşlıq səviyyəsinin artırılması imkanlarını müzakirə ediblər.

"Ölkələr arasında münasibətlər yüksək səviyyədədir və bu sənədlərin imzalanması mövcud əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış daha bir addımdır", - Məmmədov deyib.

Onun sözlərinə görə, İndoneziya şirkətləri hasilat sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqda maraqlıdırlar.

Forum İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti