...

Azərbaycan turizm bazarının uzunmüddətli artım potensialına malikdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 12:39 (UTC +04:00)
Azərbaycan turizm bazarının uzunmüddətli artım potensialı üzrə dünyanın ən perspektivli ölkələrindən biridir.
Azərbaycan turizm bazarının uzunmüddətli artım potensialına malikdir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan turizm bazarının uzunmüddətli artım potensialı üzrə dünyanın ən perspektivli ölkələrindən biridir. Bu barədə HVS şirkətinin "Rusiya, MDB və Gürcüstanın mehmanxana bazarları. Tendensiyalar və perspektivlər" hesabatında deyilir. HVS mehmanxana və restoran sənayesi, taymşer, kazino və əyləncə sənayesi sahəsində dünyanın aparıcı konsaltinq şirkətidir.

Sentyabrın 18-19-da HVS şirkəti MDB ölkələri və Gürcüstan üzrə ilk mehmanxana investisiya konfransını (iCON) keçirir. Konfrans mehmana sektorunun və investisiya mühitinin regional inkişafına, eləcə də sənayenin başqa aktual məsələlərinə həsr olunub.

"Regionun hər bir ölkəsi üçün turizmin artım potensialının təhlili zamanı biz gördük ki, 2012-ci ilin proqnozları nikbin olduğu halda, uzunmüddətli artım məhduddur. Azərbaycan nəinki MDB ölkələri arasında liderdir, həm də şübhəsiz, bazarın uzunmüddətli potensialından danışarkən dünyada ən perspektivlilərdən biridir", - hesabatda deyilir.

Hesabata görə, MDB ölkələrinin ÜDM-də turizm sənayesinin ümumi payı 5-8 faiz təşkil etdiyi halda, dünyada orta göstərici 14 faizdir.

"Bir çox MDB ölkələrinin iqtisadiyyatları əhəmiyyətli dərəcədə neftdən və emal sənayesindən asılıdır. Dünyanın digər ölkələri ilə müqayisədə ÜDM-də turizm sənayesinin payının az olması da buradan irəli gəlir. Digər tərəfdən ÜDM-də mütləq pay daha çox pozitiv görünür. Bu cür ümumi tendensiyaları belə bir fakt təsdiqləyir ki, MDB ölkələrində turizm sənayesi inkişaf etdiyi halda hər bir ayrıca ölkənin iqtisadiyyatında onun payı hələ də kifayət qədər aşağı olaraq qalır", - hesabatda deyilir.

Turistlərin realizə olunan alıcılıq qabiliyyəti baxılması tələb olunan daha bir mühüm aspektlərdən biridir.

"Rusiyada, Azərbaycanda və Qazaxıstanda turizmdən gəlirlərin böyük bir hissəsi (65-77 faiz) daxili sərnişin axını ilə bağlıdır, eyni zamanda (ölkəyə gələn beynəlxalq sərnişinlərin mütləq ən az sayına malik olan) Ermənistanda turizmdən gələn gəlirlərin ümumi həcminin 75 faizi əcnəbi gəlmələrin payına düşüb. Ukraynada demək olar yarıbayarıdır: daxili gəlirlərin 47 faizi və xarici gəlirlərin 53 faizi", - hesabatada deyilir.

iCON MDB-də mehmanxana sektorunun problemlərinin və perspektivlərinin müzakirəsi üçün beynəlxalq investorları və operatorları, həmçinin nüfuzlu regional ekspertləri və hakimiyyətin nümayəndələrini birləşdirərək, nümayəndələrə regionda turizm və mehmanxana sektorlarının inkişaf strategiyalarına dair fikir mübadiləsi aparmaq üçün əla platforma verəcək.

Bir çox illər ərzində HVS şirkəti tədqiqat və təhlillərə əsaslanaraq, bütün dünyada qonaq qəbulu sənayesinin üzləşdiyi problemləri uğurla həll edir və MDB ölkələrində mehmanxana sektorunun uğurlu inkişafı üçün yollar müəyyən edir.

Xəbər lenti

Xəbər lenti