...

"DəmirBank" istehlak kreditləri üzrə lotereyanın qaliblərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 13:36 (UTC +04:00)
"DəmirBank"ın istehlak kreditləri üzrə "Kreditini hədiyyə qazan" şüarı ilə keçirdiyi lotereyada daha 5 müştəri qalib olub.
"DəmirBank" istehlak kreditləri üzrə lotereyanın qaliblərini elan edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

"DəmirBank"ın istehlak kreditləri üzrə "Kreditini hədiyyə qazan" şüarı ilə keçirdiyi lotereyada daha 5 müştəri qalib olub. Qaliblərə telefonla nəticələr barədə məlumat verilib.

Kampaniya ərzində hər ay 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 AZN), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalıq borcunu (maksimum 5000 AZN) qazanacaq. Kampaniyanın növbəti tirajı 22 oktyabr 2012-ci il tarixində keçiriləcək.

Şərtlərə əsasən "DəmirBank"dan aşağıda qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 AZN (və ya 6300 USD) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak hüququ qazanır.

Kampaniyada "Nağd pul krediti", "Dövlət işçilərinə kredit", "Dövlət qulluqçularına kredit", "Təqaüdçü krediti", "Səhiyyə işçilərinə kredit", "Təhsil işçilərinə kredit", "Təhsil krediti", "Məişət texnikası / kompüter krediti", "Mebel krediti", "Qızılla kredit", "Təmir krediti" və ya "Turizm krediti" götürən müştərilər iştirak edir.

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti