...

"Azərbaycan Dəmir Yolları" əlverişsiz hava şəraitinin fəsadlarını aradan qaldırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 15:35 (UTC +04:00)
Azərbaycanda dəmiryol xətlərinin elektrik enerjisi ilə təchizatında yaranan problemlər nəticəsində bir neçə dəmiryol reysinin reallaşdırılmasında yubanmalar olub.
"Azərbaycan Dəmir Yolları" əlverişsiz hava şəraitinin fəsadlarını aradan qaldırır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda dəmiryol xətlərinin elektrik enerjisi ilə təchizatında yaranan problemlər nəticəsində bir neçə dəmiryol reysinin reallaşdırılmasında yubanmalar olub. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, leysan yağışları və ildırım nəticəsində Ələt-Səngəçal marşrutunda təmas şəbəkəsindən ayrılma baş verib. Həmçinin, "Navahı" yarımstansiyasına ildırım düşməsi nəticəsində Hacıqabul rayonunun elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.

"Artıq axşam saatlarından bərpa işləri aparılır, qalan qatarlar teplovozlarla daşınır", - Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda daşınmalı olan yalnız bir qatar qalıb.

"Bu, Qazax-Bakı qatarıdır", - Əzməmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti