...

Azərbaycan Avropanın depozit mərkəzləri ilə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 16:53 (UTC +04:00)
Milli Depozit Mərkəzi (MDM) Yunanıstan, Rumıniya və Polşanın mərkəzi depozit təşkilatları ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamaq niyyətindədir.
Azərbaycan Avropanın depozit mərkəzləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir C.Nəsibova/

Milli Depozit Mərkəzi (MDM) Yunanıstan, Rumıniya və Polşanın mərkəzi depozit təşkilatları ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MDM-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Azərbaycan fond bazarında mərkəzi depozit və reyestrsaxlayıcı xidmətlərini həyata keçirən MDM bu il oktyabrın 5-də yaradılmasının 15-ci ildönümünü qeyd edəcək. Bu münasibətlə Mərkəz "Kapital bazarının formalaşdırılması: Trendlər, Çağırışlar, İmkanlar" adlı beynəlxalq konfrans təşkil edir.

Müzakirə edilən mövzular qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi, beynəlxalq fond birjaları və mərkəzi depozit qruplarının inkişaf tendensiyaları, fond bazarlarının fəaliyyətində bankların və bankçılığın oynaya biləcəyi rol və digər aktual məsələlər olacaq.

Konfransa 20-dən artıq ölkədən kapital bazarının yerli və xarici ekspertləri, tədqiqatçılar, tənzimləyicilər və qiymətli kağızlar üzrə peşəkar mütəxəssislər dəvət edilib.

Tədbir Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dünya Bankı və "Paşa Bank"ın dəstəyi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti