...

"Connect Marafonu" qaliblərinə hədiyyələr təqdim edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 10:08 (UTC +04:00)
Hər zaman abunəçilərini yeni xidmətlər və kampaniyalarla sevindirən "Connect" şirkəti 2012-ci il yay mövsümü üçün "Connect Marafonu" adlı 3-cü uduşlu kampaniyasını uğurla başa vurub.
"Connect Marafonu" qaliblərinə hədiyyələr təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Hər zaman abunəçilərini yeni xidmətlər və kampaniyalarla sevindirən "Connect" şirkəti 2012-ci il yay mövsümü üçün "Connect Marafonu" adlı 3-cü uduşlu kampaniyasını uğurla başa vurub.

Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, 16 iyuldan 1 sentyabr 2012-ci il tarixədək 30 manat abunə haqqını ödəyən "Connect" abunəçiləri Türkiyənin Bodrum, Antalya, Kəmər, eləcə də Azərbaycanın Qəbələ, Qax, Nabran, Quba və Şəki şəhərlərində yerləşən istirahət mərkəzlərinə 2 nəfərlik səyahət paketi və çoxlu sayda digər qiymətli hədiyyələr qazanmaq şansı əldə ediblər.

11864 iştirakçı arasında uduşlu oyun keçirilib və hədiyyələr sahiblərinə təqdim olunub. Tədbirə bütün "Connect" abonentləri dəvətli olub və abonentlər hədiyyə sahiblərinin seçilməsi üçün keçirilən tədbirdə tamaşaçı kimi iştirak edib. Münsiflər heyəti və şirkət əməkdaşlarının iştirakı ilə keçirilən uduşlu oyun iştirakçıların müqavilə nömrələri yazılmış kuponların lototrona boşaldılması ilə başlayıb. Ardıcıllıqla və tam şəffaflıqla 1 xarici tur (2 nəfərlik), 5 yerli tur (2 nəfərlik) və 100 ədəd 10 manatlıq "Connect" ödəmə kartı üzrə bütün qaliblər müəyyən olunub.
Tel.: Məlumat Mərkəzi 159; (+994 12) 5390159, (+994 12) 5664238;
Fax: (+ 994 12) 5663967
E-mail: [email protected]; www.connect.az; http://www.facebook.com/CONNECT.LTD

Xəbər lenti

Xəbər lenti