Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2012-ci il tarixli qərarı ilə "Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı"nın təsdiq edildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının "Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tariflərinin tənzimlənməsi barədə" 25 dekabr 2007-ci il tarixli qərarına yenidən baxılıb və Şuranın qərarı qüvvədən düşmüş hesab olunub.
Qərar 5 oktyabr 2012-ci il tarixindən qüvvəyə minəcək.