Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sentyabr ayında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 107,76 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DGK-nın saytında dərc edilən məlumatda deyilir.
Sentyabrda gömrük rüsumlarından daxilolmalar 6,15 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 90,68 milyon manat, aksizlər üzrə 9,56 milyon manat, yol vergisi üzrə isə 1,36 milyon manat təşkil edib.
Ümumilikdə, 9 ay ərzində DGK-dan dövlət büdcəsinə ödənişlər 881 milyon manat olub.
2011-ci il üçün DGK xətti ilə 1,14 milyard manat həcmində ödəniş proqnozu yerinə yetirilib. 2012-ci il üçün proqnoz 1,2 milyard manat təşkil edir.