...

Baku PR Experience oktyabrın 17-də start götürür

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 16:21 (UTC +04:00)
zərbaycanın ilk qlobal PR tədbiri olan “Baku PR Experience” növbəti həftə, oktyabr ayının 17-də Bakıda yerləşən Excelsior Hotel otelində keçiriləcək.
Baku PR Experience oktyabrın 17-də start götürür

Həsrət nəhayət ki bitdi. Azərbaycanın ilk qlobal PR tədbiri olan "Baku PR Experience" növbəti həftə, oktyabr ayının 17-də Bakıda yerləşən Excelsior Hotel otelində keçiriləcək.

Azərbaycanda keçiriləcək bu ilin ən gözənilən biznes tədbiri ərzində, dünyanın ən yaxşı PR mütəxəssisləri interaktiv təqdimatlarla çıxış edəcəklər. Tədbir günü, Şahzadə Diananın Şəxsi Katibi olmuş Patrik Cefsonun eksklüziv təqdimatı ilə başlayacaq. Onun "Şahzadənin kölgələri" adlı kitabı mərhum Şahzadə haqqında ən yaxşı kitab adına layiq görülüb. Gün ərzində, tədbirə qatılan nümayəndə heyətləri "Schenider Electric" şirkətinin PR üzrə vise-prezidenti Tierri Nikoletin "PR ölçüləri", "Qazprom" şirkətinin keçmiş PR direktoru Filip Dyuhörstün "yerli brendinizin qlobal bazarda mövqeyi" mövzusunda təqdimatlarını dinləmiş olacaqlar. Həmçinin BBC-nin keçmiş Əlaqələr üzrə Baş Məsləhətçisi Donald Stil və Birləşmiş Krallığın Royal Mail şirkətinin keçmiş PR Direktoru Riçard Stefenson sosial media və kriziz menecmenti mövzusunda təqdimatlarla çıxış edəcəklər.

"Biz çox sevinirik ki, tədbirlə bu qədər insan maraqlanır. Cəmi bir neçə yer qalıb və odur ki maraqlananlar mümkün qədər tez qeydiyyatdan keçməlidirlər. Bütün spikerlərin çıxışları artıq təsdiqlənib və onlar Azərbaycana gəlməkdə səbrsizlənirlər. Biz hamıya möhtəşəm şou və qlobal PR strategiyalarını tərtib edə bilmələri üçün çoxlu yeni vasitələr vəd edirik" - "Baku PR Experience" tədbirinin təşkilatçısı olan "P World" şirkətinin Baş İcraçı Direktoru Kosta Petrov deyir.

PR Experience Avropanın ən böyük PR tədbiridir. Təkcə 2012-ci ildə, 2000-dən çox nümayəndə heyəti Belqrad, Zaqreb, Dubay, Praqa və Moskvada keçirilən tədbirlərə qatılıblar. İlk dəfədir ki, bu tədbir Azərbaycanda keçiriləcək.

Baku PR Experience Dubayda yerləşən "P World" şirkəti tərəfindən, "Synergy Partnerships" və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunur. Zerkalo, trend.az, Boutique Magazine, biznesinfo.az və mak.az tədbirin media tərəfdaşlarıdır.

Baku PR Experience tədbiri və tədbirə qeydiyyat barədə əlavə məlumat almaq üçün aşağıdakı internet səhifəsinə baş çəkin:
http://www.thepworld.com/experiences/baku-pr-experience.aspx

Məqalədə:
Xəbər lenti

Xəbər lenti