Azərbaycan, Bakı, 15 oktyabr /Trend /
28 oktyabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-London-Bakı istiqamətindəki uçuşlarını gündəlik qrafikə keçirir. Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
Aviaşirkət bu uçuşlar üçün 20 biznes sinif və 126 ekonom sinif konfiqurasiyalı, komfortlu Aerobus 320 hava gəmilərindən istifadə edəcək.
Gediş-dönüş aviabiletlərinin qiyməti 545 AZN-dən başlayır.