...

Azərbaycan və Almaniya kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 18:56 (UTC +04:00)
Kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyanın "Messe Berlin" sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi xanım İrina Keyko ilə görüşüb. Görüşdə Almaniyada təşkil ediləcək sərgilərdə ölkəmizin iştirak imkanları müzakirə edilib.
Azərbaycan və Almaniya kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir C.Nəsibova/

Kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyanın "Messe Berlin" sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi xanım İrina Keyko ilə görüşüb. Görüşdə Almaniyada təşkil ediləcək sərgilərdə ölkəmizin iştirak imkanları müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Abasov "Beynəlxalq Yaşıl Həftə" sərgisinin kənd təsərrüfatı və emal müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir forum olduğunu vurğulayıb və Azərbaycanın hər il bu sərgidə iştirak etməsi və geniş çeşiddə məhsullarının nümayiş etdirilməsinin də artıq ənənəyə çevrildiyini qeyd edib.

Nazir 2012-ci ildə keçirilən sərgidə Almaniyanın ərzaq, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi üzrə federal naziri xanım İlze Ayqner, həmçinin Rumıniya, Bolqarıstan, Serbiya, Gürcüstan, Estoniya, Latviya və digər qabaqcıl ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldığını xatırlayıb.

Abasov bu ilin yanvar ayında keçirilən "Beynəlxalq Yaşıl Həftə 2012" sərgisində milli pavilyonda ölkəmizin 20-dən çox şirkət və müəssisəsində istehsal olunan 300 çeşiddə aqrar istehsal və emal məhsullarının nümayiş etdirildiyini diqqətə çatdırıb.

Almaniyanın "Messe Berlin" sərgi kompleksinin MDB üzrə əlaqələndiricisi xanım İrina Keyko səmimi qəbula görə öz təşəkkürünü bildirərək, 2014-cü ildə Azərbaycanın bu sərgidə ayrıca bir pavilyonda öz kənd təsərrüfatı məhsullarını nümayiş etdirmək məsələsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti