...

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclasının ilin sonunadək keçirilməsi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 18:04 (UTC +04:00)
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclasının ilin sonunadək keçirilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclasının ilin sonunadək keçirilməsi gözlənilir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclasının ilin sonunadək keçirilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə görə, iclasın keçirilmə tarixi yaxın vaxtlarda müəyyənləşəcək. İclasın gündəliyinə ticari-iqtisadi əməkdaşlıq, enerji, hərbi-texniki əməkdaşlıq və aerokosmik sahələrdə iki ölkənin əməkdaşlıq perspektivləri salınacaq.

"Bu, Kiyevdə keçirilməsi planlaşdırılan Prezidentlər Şurasının növbəti iclasına hazırlıq olacaq", - diplomat qeyd edib.

Yaxın vaxtlarda, həmçinin Kiyevdə iki ölkənin iş adamlarının biznes forumunun keçirilməsi nəzərdə tutulur. Ukrayna səfiri mövcud məsələni bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərliyi ilə müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti