...

2012-ci ildə Azərbaycanda güzəştli kreditlər hesabına iki mindən artıq layihə maliyyələşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 14:31 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin doqquz ayı ərzində məbləğində 2 042 layihənin maliyyələşdirilməsinə 169,9 milyon manat ayırıb.
2012-ci ildə Azərbaycanda güzəştli kreditlər hesabına iki mindən artıq layihə maliyyələşdirilib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir C.Nəsibova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin doqquz ayı ərzində məbləğində 2 042 layihənin maliyyələşdirilməsinə 169,9 milyon manat ayırıb. Trend-in məlumatına görə, bu barədə Fondun çərşənbə günü rəsmi mətbuatda dərc etdirdiyi balans hesabatında deyilir.

Məlumata görə, SKMF-nin güzəştli kreditləri hesabına reallaşdırılan həmin layihələr 7 512 yeni iş yerinin açılmasına yardım edəcək.

2012-ci ilin doqquz ayı ərzində SKMF sənaye məhsullarının istehsalı və emalının müxtəlif sahələrində 127 layihə maliyyələşdirib. Həmin layihələrin ümumi dəyəri 43,8 milyon manatdır. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 1 886 layihənin reallaşdırılmasına 82,5 milyon manat, xidmət sahələrinin inkişafı üzrə 19 layihəyə 19,7 milyon manat ayrılıb.

Hesabat dövründə Fond 24,3 milyon manat (verilən kreditlərin ümumi portfelinin 14,3 faizi) məbləğində 1 969 kiçik kredit (kreditlərin ümumi sayının 96,4 faizi) verib. Bu dövrdə 5,8 milyon manat (3,4 faiz) məbləğində 25 orta (1,2 faiz) və 139,9 milyon manat (82,3 faiz) məbləğində 48 iri (2,4 faiz) kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti