...

Azərbaycanda Qurban bayramı günlərində xəstə mal-qaranın satışı faktı qeydə alınmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2012 14:01 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayramı günlərində (oktyabrın 25-26-da) hələlik ölkədə xəstə mal-qaranın satışı faktını qeydə almayıb.
Azərbaycanda Qurban bayramı günlərində xəstə mal-qaranın satışı faktı qeydə alınmayıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir A.Axundov/

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayramı günlərində (oktyabrın 25-26-da) hələlik ölkədə xəstə mal-qaranın satışı faktını qeydə almayıb. Bu barədə cümə günü Trend-ə Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

"Bayram günlərində qurban kəsimi üçün satılan heyvanlar sağlamdır. Baytarlıq nəzarəti normal həyata keçirilir. Xəstə mal-qaranın gətirilməsi və ya xəstə heyvan ətinin satışı faktları hələlik qeydə alınmayıb", - Xanvəli qeyd edib.

Onun sözlərinə görə, paytaxta gətirilən və qurban kəsimi üçün nəzərdə tutulan heyvanların hamısının Dövlət Baytarlıq Xidmətinin tələblərinə cavab verən zəruri sənədləri var.

"Bakıda gücləndirilmiş baytarlıq nəzarəti heyvan kəsimi və satışı yerlərinin yaxınlığında yerləşən 25 məntəqədə həyata keçirilir", - Xanvəli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti