...

Şəkidə gənclər üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 17:53 (UTC +04:00)
Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün treninqlər təşkil edilib.
Şəkidə gənclər üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün treninqlər təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Öz biznes ideyanı yarat və öz biznesinə başla" mövzusunda keçirilən treninqlərdə Mərkəzin Şəki nümayəndəliyinin, 19 saylı texniki peşə məktəbinin əməkdaşları, eləcə də texniki peşə məktəbində təhsil alan 25-dən çox gənc iştirak edib.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti