Аzərbaycan, Bakı, 2 noyabr /Trend/
Bmi aviaşirkətinin British Airways strukturuna inteqrasiya olunması ilə, oktyabrın 28-də yeni qış qrafiki təqdim edilib. Beləliklə, British Airways rəsmi olaraq Azərbaycana qayıdır.
Aviaşirkət artıq sərnişinlərə Londona gündəlik reyslər təklif edir. Uçuş qrafiki elə tərtib olunub ki, 1-ci və 5-ci Terminallardan birləşdirilmiş reyslərə vaxt sərfiyyatı yüngülləşdirilsin.
"Qış mövsümünün başlanması bmi aviaşirkətinin British Airways strukturuna uğurlu inteqrasiyası və British Airways-in Azərbaycana rəsmi şəkildə qayıtması ilə səciyyələnəcək. Biz səbirsizliklə Azərbaycan müştərilərinə xidmətə göstərəcəyimizi gözləyərək, Bakı və London arasında gündəlik reyslər təklif edirik", - British Airways aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis deyib.
British Airways Azərbaycanda 1995-ci ildə başlanan altı illik uçuş tarixinə malikdir. Bakı və London arasında səfər edən sərnişinlər yenidən aviaşirkətinin məşhur yüksək səviyyəli xidmətindən zövq ala biləcəklər.
İnteqrasiya çərçivəsində marşrut üzrə hərəkət edən A321 təyyarələrinin hamısı yenilənəcək. Sərnişinlər təmirdən çıxmış salon, daha rahat oturacaqlar və müasir tələblərə cavab verən əyləncə texnologiyalarından istifadə edə biləcəklər. Yenidənqurma işləri ilin sonunadək bitəcək.
Azərbaycandan uçan British Airways sərnişinləri Hitrou T1 hava limanına düşəcəklər. Üstəlik, British Airways vasitəsi ilə çoxsaylı daxili, ABŞ və Kanada üzrə isə 20-dən artıq istiqamətə çıxış əldə etmək mümkündür.
Oneworld Alliance tərəfdaşları ilə birgə, British Airways yüzlərlə qlobal uçuş istiqamətləri, fasiləsiz xidmət və vaxtaşırı uçan sərnişinlərə imtiyazlar təklif edir.
British Airways aviaşirkətinin Londona və digər şəhərlərə uçuş reyslərinin tam cədvəli ilə www.ba.com saytında tanış olmaq mümkündür. Sayt vasitəsilə müştərilər əlverişli tariflərlə bilet əldə edə, aviareyslərə qeydiyyatdan keçə bilərlər.
British Airways - marşrut şəbəkəsi 75 ölkəni, 150 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir və hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir.