...

Bakıda altızolaqlı yeraltı tunel tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 14:50 (UTC +04:00)
Bakıda Dənizkənarı Bulvar boyu salınacaq yeraltı tunelin uzunluğu 4,2 kilometr təşkil edəcək. Bu barədə cümə günü Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən deyilib.
Bakıda altızolaqlı yeraltı tunel tikiləcək

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov /

Bakıda Dənizkənarı Bulvar boyu salınacaq yeraltı tunelin uzunluğu 4,2 kilometr təşkil edəcək. Bu barədə cümə günü Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən deyilib.

Layihə təklifinə əsasən, tunelin 0,9 kilometrlik hissəsi yerin üstü ilə uzanacaq və U formasında olacaq. Tunelin 2,3 kilometrlik hissəsi qutu formasında və qalan hissəsi arka formasında olacaq.

Dövlət Komitəsindən bildirilib ki, tunel altızolaqlı (hər tərəfdə üç) olacaq.

Layihəyə uyğun olaraq, tunelin çəkilişi zamanı 0,7 kvadrat kilometrlik sahədə sahilbərkitmə, altı milyon kubmetr həcmində ərazinin doldurulması, 3,7 kilometr uzunluğunda sahilbərkitmə işləri görüləcək.

Layihəyə görə, tunel 1,8 m-dən 5,5 metrədək dərinlikdə olacaq. Neftçilər prospektinə iki çıxışa malik olacaq tunel Bayıl qəsəbəsindən başlayaraq Zığ qəsəbəsində qurtaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti