Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Bank of Azerbaijan-ın nağdsız ödəniş edən "Visa" plastik kart sahiblərinə "Rahat" marketlər şəbəkələrində hədiyyələr təqdim olunacaq. Aksiya 30 iyun 2013-cü il tarixinədək davam edəcək.
Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, plastik kartla 1-20 manat nağdsız ödəniş edənlərə soyuducu üçün maqnit, 21-50 manat ödəniş edənlərə çanta, 51-100 manat ödəniş edənlərə çətir və ya termo fincan, 100 manatdan artıq ödəniş edənlərə isə portmane və ya USB fleş-kart təqdim olunacaq.
Kassada plastik kartla nağdsız ödənişi bildirən çek marketdə "Visa" stendində olan promotorlara təqdim edilərək hədiyyəni dərhal almaq mümkündür.
Kredit kartı bankın filiallarında, həmçinin səhifəsində onlayn (http://bank.az/order_card.php) sifariş etmək olar. Kampaniya barədə daha ətraflı məlumatı bankın 175 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Xatırladaq ki, 2012-ci ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 223.49 mln. manat, kredit portfeli 179.97 mln. manat, depozit portfeli 130.7 mln. manat (hüquqi və fiziki şəxslərin müddətli və tələbli əmanətləri), məcmu kapitalı 27.36 mln. manat, nizamnamə kapitalı isə 33.5 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 17 filialı, 3 şöbəsi və 32 bankomatı fəaliyyət göstərir.