...

Bakıda İƏT-in "İqtisadiyyat" jurnalının redaksiya heyətinin 1-ci görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 18:36 (UTC +04:00)
Noyabrın 7-8-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclası keçirilib.
Bakıda İƏT-in "İqtisadiyyat" jurnalının redaksiya heyətinin 1-ci görüşü keçirilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Noyabrın 7-8-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclası keçirilib. İclas çərçivəsində bu gün təşkilatın "İqtisadiyyat" jurnalının redaksiya heyətinin 1-ci görüşü də keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə "İqtisadiyyat" jurnalının redaksiya heyətinin tərkibi təsdiq edilib, sədr və müavinləri seçilib, prioritet istiqamətlər müəyyənləşdirilib, fəaliyyət və idarəetmə mexanizmləri ətrafında müzakirələr aparılıb.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev jurnalın baş redaktoru seçilib.

Qeyd edək ki, "İqtisadiyyat" jurnalının redaksiya heyətinin üzvləri İƏT-ə üzv ölkələrin nümayəndələrindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti