...

Türkiyə 2013-cü ilin aprelinədək BVF-ə borclarını tam ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2012 15:49 (UTC +04:00)
Türkiyə 2013-cü ilin aprel ayınadək Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını tam ödəyəcək.
Türkiyə 2013-cü ilin aprelinədək BVF-ə borclarını tam ödəyəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə 2013-cü ilin aprel ayınadək Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını tam ödəyəcək. Trend-in bazar ertəsi "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Son 10 il ərzində Türkiyə iqtisadiyyatı sabit artım nümayiş etdirir. Bununla da Türkiyə 2013-cü ilin aprel ayınadək BVF-ə olan borcunu tam ödəyəcək", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Ankara, həmçinin BVF-ə 5 milyard dollar həcmində kredit vermək niyyətindədir.

Ərdoğan vurğulayıb ki, Türkiyə hökumətinin nailiyyətlərindən biri də 2005-ci ildə milli valyutanın denominasiyası olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti