...

Mərkəzi Bankda Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 11:44 (UTC +04:00)
Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqini və nümayəndə heyətinin üzvlərini qəbul edib.
Mərkəzi Bankda Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqini və nümayəndə heyətinin üzvlərini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər müzakirə olunub, pul və məzənnə siyasəti barədə fikir mübadiləsi aparılıb, bank islahatları sahəsində atılmış addımlar barədə danışılıb.

Ölkədə bazar iqtisadiyyatı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların, xüsusilə də makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasının önəmi qeyd olunub. Mərkəzi Bankın həyata keçirdiyi pul və maliyyə sabitliyi siyasətinin ölkənin iqtisadi inkişafına təsiri məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, hazırda Mərkəzi Bank öz siyasətini dünya iqtisadiyyatında kövrək artım meyilləri, avrozonada iqtisadi sabitlik risklərinin yüksəkliyi, habelə dünya maliyyə və əmtəə bazarlarının volatilliyi şəraitində həyata keçirir. Əsasən, qeyri-neft sektorundan qaynaqlanmaqla Azərbaycan iqtisadiyyatının sürətli artım dinamikası davam edir. AMB ölkədə makroiqtisadi və maliyyə sabitliyinə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət həyata keçirir. Öz fəaliyyətini pul və maliyyə sabitliyi siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq, inflyasiyanın optimal səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinə, bank-maliyyə sektorunda inkişafın və dayanıqlığın möhkəmlənməsinə yönəldib. Nəticə etibarilə, milli valyutanın mübadilə məzənnəsi sabitdir, inflyasiya təkrəqəmli səviyyədədir.

Missiya müddəti ərzində Mərkəzi Bankda nümayəndə heyətinin üzvləri ilə iqtisadi islahatlar və pul siyasəti məsələləri ilə bağlı digər görüşlər də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti