...

Azərbaycanda "Bıstraya poçta" pulköçürmə sisteminin fəaliyyəti dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 17:13 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pulköçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “Bıstraya poçta” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.
Azərbaycanda "Bıstraya poçta" pulköçürmə sisteminin fəaliyyəti dayandırıldı

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pulköçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində "Bıstraya poçta" (Быстрая почта) sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.

AMB-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Mərkəzi Bank 2012-ci il 10 dekabr tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pulköçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pulköçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.

Azərbaycan Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti