...

Azərbaycanda payızlıq bitkilərin əkin sahəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 17:02 (UTC +04:00)
Ölkənin tarlalarında payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Hesabat məlumatlarına görə cari il dekabr ayının 1-nə kimi 900,1 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 890 min hektarda dən üçün payızlıq bitkilər səpilib.
Azərbaycanda payızlıq bitkilərin əkin sahəsi artıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Ölkənin tarlalarında payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Hesabat məlumatlarına görə cari il dekabr ayının 1-nə kimi 900,1 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 890 min hektarda dən üçün payızlıq bitkilər səpilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dən üçün payızlıq bitkilərin 619,3 min hektarını buğda, 270,7 min hektarını isə arpa təşkil edib.

2011-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 7,1 faiz, o cümlədən buğda əkini 3,4 faiz, arpa əkini 16,5 faiz artıb.

Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

2012-ci il (yanvar-noyabr)

2011-ci il (yanvar-noyabr)

2012-ci il 2011-ci ilə, %-lə

Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib - cəmi, hektar

900069

842800

106.8

o cümlədən dən üçün

890041

831312

107.1

ondan:

buğda

619343

598903

103.4

arpa

270673

232409

116.5

Məqalədə:
Xəbər lenti

Xəbər lenti